Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR

Tarix:21-08-2018, 18:20 Baxış Sayı:120 Kateqoriya:siyaset, gundem

https://www.az24saat.org/wp-content/uploads/2017/03/Balakisi_ehmedov.jpg DUZBUCAQTV.INFO 24saat.orga istinaden xeber verirki saytının əldə etdiyi deqiq məlumata görə, yaxın vaxtlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov uzun illər tutduğu vəzifəsini itirəcək.

Daxili İşlər naziri Ramil Usubovun son zamanlar polis orqanlarında apardığı təmizləmə işinin daha çox barəsində şikayətlərin qırmızı cizgini aşan əməkdaşları hədəf aldığını da nəzərə alaraq deyə bilərik ki, Balakişi Əhmədovun vəzifəsini itirəcəyi barədə əldə etdiyimiz məlumat həqiqətə uyğundur.Xatırladaq ki, B. Əhmədov barədə mətbuatda zaman-zaman ciddi faktlara əsaslanan tənqidi materiallar əksini tapıb. Təbii ki, tənqiddən nəticə çıxarmamağı güc barometri hesab edən məmurlar siyahısına adını yazdıran cənab Əhmədovun gələcək perespektivi üçün maneəni də həmin faktlar yaratmalı idi və yaradır da.

Məsələn, Balakişi Əhmədovdan Mingəçevir Olimpiya Kompleksinin yaxınlığında özəlləşdirdiyi 2 hektar sahənin hesabı soruşula bilər.

Məlumdur ki, o, bu zaman heç bir cavab verə bilməyəcək.

Yaxud o, Ekologiya postunun arxasında yerləşən və keçmiş komandiri Süleyman Süleymanovla Ekologiya postunun rəisi Fuad Mayılovla şərik işlətdikləri “Şamlıq” adlanan böyük ticarət və iaşə obyektlərinin hansı vəsait hesabına ərsəyə gəldiyi sualına da gözünü döyərək cavab verməyə bilər.

Bu yerdə bildirək ki, B. Əhmədovun adıçəkilən daha 2 şəriyi ilə Azərbaycanın bir çox rayonlarında böyük biznes şəbəkəsi var.

Təsadüfi deyil ki, bu qanunsuz yollarla əldə edilmiş biznes gəlirlərinin harınlatdığı məmur övladları siyahısına Balakişi Əhmədovun ən yaxın ortağı Fuad Mayılovun oğlu xaricdə çəkdirib sosial şəbəkələrdə yaydığı fotolarla sübut möhürünü basa bilib (həmin fotoları yazının sonunda təqdim edəcəyik).

Bundan başqa, o da bildirilir ki, Balakişi Əhmədov qonşu Rusiyada böyük biznes şəbəkəsinə malikdir. Onun qardaşı Moskva şəhərində fəaliyyət göstərən ən imkanlı iş adamları sırasında qərarlaşıb. Qeyd olunur ki, YPX Alayının komandirinin Rusiyadakı biznesi məhz qardaşı tərəfindən idarə olunur.

Onu da qeyd edək ki, Balakişi Əhmədovun ortağı olan “Ekologiya” postunun rəisi Fuad Mayılovun da Rusiyada iri biznesinin olduğu bildirilir və qeyd olunur ki, bu biznesə də Balakişi Əhmədovun Rusiyada yaşayan qardaşı nəzarət edir.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB