Zahid Oruc pensiya yaşının artırılmasına qarşı çıxdı

Tarix:12-03-2017, 20:25 Baxış Sayı:124 Kateqoriya:siyaset, sosial, musahibe

Zahid Oruc pensiya yaşının artırılmasına qarşı çıxdı


Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən millət vəkili Zahid Oruc bir sıra prinsipial məqamlara toxunub.

duzbucaqtv.info modern.az-a istinadən bildirir ki, millət vəkili işsizlik faizinin yüksək olduğu şəraitdə yalnız sığorta sisteminə əsaslanan modelə keçilməsinin ciddi problemlər yaradacağını deyib: "Faktiki olaraq Fondun büdcəsinə daxilolmalar əsasən dövlət hesabınadır.Gəlirlər azaldıqca valyuta ehtiyalarının xərclənməsi müəyyən islahatları tələb edir. Lakin özəl sektorda əmək qabiliyyətli insanların 80 faizinin çalışmasına baxmayaraq, onların ödəmələri ümumi məbləğin 25 faizini keçmir. Deməli, pensiya yaşının qaldırılması üçün irəliyə sürülən arqumentlərdən biri-büdcə gəlirləri, gizli əmək haqlarının leqallaşdırlmasından keçməlidir. O halda, əhalinin cəmi 6 faizini təşkil edən pensiyaçılar üçün qənaət rejimi, yaxud imtiyazlı təbəqə ilə aralarındakı sosial ödəmələrdəki fərqi aradan qaldırmağın tamam ayrı yollarını tapmaq mümkün olar".
Zahid Oruc, dövlət qulluqçuları, yaxud prokurorluq orqanlarına yeni qanunun tətbiqinin yaradacağı fəsadlardan danışıb:
"Tutaq ki, indi qüvvədə olan qanunla mən 14 illik qulluq stajına malikəm. Hazırda qüvvədə olan qanunvericilikdən çıxış edib həyatımı qurmuşam. İndi yeni normaların bizə tətbiqi hüququn baş prinsipinə-vətəndaşların ziyanına geriyə qüvvəsinin olmaması" müddəasına zidd olacaq.
Lakin bu hələ hamısı deyil. Üstəlik, gənclərin dövlət orqanlarında, yaxud digər hakimiyyət qollarında təmsilçiliyi daha da çətinləşəcək. 25 və ya 35 il işləmək məcburiyyəti kadrların əvəzlənməsini çətinləşdirəcək. Kreslosunu itirmək istəməmək məcburiyyətə çevriləcək. Yeni qanun nəsillərarası konflikti dərinləşdirə bilər. Özü də günah bu halda böyüklərdə olmayacaq. Çünki onlar gələcək uzunmüddətli qulluq stajını yığmaq üçün məcburən vəzifələrini itirmək istəməyəcəklər".
Millət vəkilinin fikrincə, problemin həlli üçün birdən-birə artıma deyil, 6 ay prinsipi ilə vətəndaşlara yanaşılmalıdır ki, dövlət qulluğunda çalışma prestijli olaraq qalsın.
O, eyni zamanda,hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir edib.
"Çünki xarici və daxili təhlükəsizlik sahəsində çalışanların əmək fəaliyyəti digər kateqoriya insanlardan köklü şəkildə fərqlənir".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisdə səsə qoyularaq qəbul edilib. Bununla da pensiya yaşı qadınlar və kişilər üçün 65 yaş müəyyən olunub.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB