Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır?

Tarix:15-03-2017, 15:12 Baxış Sayı:125 Kateqoriya:sehiyye

Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır?

Bir neçə gün əvvəl Azərbaycanda onkoloji xəstəliklərin artması ilə bağlı məlumat yayılmışdı.

Həmin məlumatda bildirilir ki, Azərbaycanda 2011-ci ildə əhalinin hər 100 min nəfərinə düşən onkoloji xəstələrin sayı 95,8 nəfər olub. 2012-ci ildə bu, azalıb, 94,2 nəfərə düşüb, sonrakı illərdə isə artaraq 2013-cü ildə 97,5, 2014-cü ildə 101,4 nəfərə çatıb. 2015-ci ildə isə Azərbaycanda əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstələrin sayı 106,9 nəfər olub. Ötən il isə bu rəqəm bir qədər də yüksəlib və əhalinin hər 100 min nəfərindən 108,5-də onkoloji xəstəlik olub.

Beləliklə, onkoloji xəstəliklər 5 ilə 10 faizdən çox artıb. Bəs bu xəstəlik niyə artır? Keyfiyyətsiz qida? Ya bəlkə ekologiya? Hava? Su? Ya bəlkə həkim diaqnostikası yaxşılaşıb? Əvvəllər bilinməyən xəstəliyi aşkar edə bilirlər? Ya bəlkə əksinə, həkim diaqnozu qüsurludur, statistikaya təsir edir?

duzbucaqtv.info duzbucaqtv.info-a istinadən xəbər verir ki, tibbi ekspert Adil Qeybulla Azərbaycanda onkoloji xəstəliklərin artmasını bir neçə faktorla əlaqələndirir.

Ekspert bildirir ki, xəstəliyin artmasının əsas səbəblərindən biri ekoloji səbəblərdir. Eyni zamanda ekspert ərzaq və dərman təhlükəsizliyinin və içməli su probleminin ürəkaçan olmamasını da səbəb kimi göstərir.

Adil Qeybulla deyir ki, ərzaq, dərman, içməli su təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Onun sözlərinə görə, bütün bunlar milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Əhali arasında xəstəliklə bağlı geniş maarifəndirmə aparılmalıdır.

Həkim Vasif İsmayıl bu problemin bütün dünyada aktual olduğunu qeyd edir. Həkim deyir ki, dünyada insan ömrünün uzanması bu xəstəliyin artmasının səbəblərindən biridir. Onun sözlərinə görə, yaş artdıqca bu xəstəliyə tutulma riski artır.

Vasif İsmayıl bundan başqa qida rejiminin və qida təhlükəsizliyini bu xəstəliyin artmasına əsas kimi gətirir. Həkim eyni zamanda ekoloji məsələləri də xəstəliyin artmasının səbəbi kimi gördüyünü qeyd edir.

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov bu xəstəliyin artmasına əsas səbəb kimi təbii inkişafı göstərir. Onkoloq deyir ki, bu xəstəlik bir növ “sosial xəstəlik” olduğu üçün cəmiyyət varlandıqca, sənaye inkişaf etdikcə, bu xəstəlik artan xəstəliklər siyahısında olacaq.

Həkim bu xəstəliyin qorxulu olmadığını da iddia edir: onkoloji xəstəlik vaxtında aşkar olunsa və müalicə getsə, insanlar sağalıb, normal ömür sürəcəklər.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB