Lənkəranda I Beynəlxalq Teatr Festivalı yekunlaşıb

Tarix:5-06-2019, 20:40 Baxış Sayı:16 Kateqoriya:medeniyyet

Lənkəranda I Beynəlxalq Teatr Festivalı yekunlaşıbDüzbucaqtv.info-nun cənub bürosunun verdiyi məlumata görə, festival çərçivəsində14 tamaşa göstərilib.

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində keçirilən I Lənkəran Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

Bu gün festivalın sonuncu günündə ilk olaraq İran İslam Respublikasının Ərdəbil şəhərindəki “Ünvan” Teatrının “Qızıl başmaq” tamaşası oynanılıb. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir.

İranlıların çıxışından sonra Lənkəran Dram Teatrının səhnəsi Şuşa Dövlət Musiqili Dram Teatrı artistlərinin ixtiyarına verilib. Ərəb nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur” tamaşasına teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib. Səhnə tərtibatçısı Valeh Məmmədovdur. Bir hissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba), Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları ifa ediblər.

Festivalda son olaraq Salyan Dövlət Kukla Teatrı tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Bostançı və Şah Abbas” tamaşası ilə çıxıb. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan bu səhnə əsərinin quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.

Hər üç tamaşadan sonra teatrların kollektivlərinə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Daha sonra festivalın bağlanış mərasimi keçirilib. Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Könül Əliyeva-Cəfərova çıxış edərək bu sənət yarışmasının onun iştirakçılarında xoş anlar yaşatdığını söyləyib və festivalın keçirilməsində zəhməti olan hər kəsə minnətdarıqlarını çatdırıblar.

Xatırladaq ki, iyunun 1-də startı verilən I Lənkəran Beynəlxalq Teatr Festivalına ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılıblar. Beynəlxalq festivalda, həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak ediblər.

SON XƏBƏRLƏR
Bərdədə baş verən yol qəzasında xəsarət alan iki nəfər xəstəxanada ölüb
Bərdədə yük maşını partlayıb, xəsarət alanlar var Yenilənib
Donald Tramp: "Meksika ABŞ-la razılığa gəlmək istəyir"
Sosial Müdafiə Nazirliyindən ciddi narazılıq var - Korrupsiya, saxtakarlığa görə cəza almalıdırlar
İtaliyada qaz partlayışı nəticəsində onlarla insan xəsarət alıb
İranda neft məhsulları anbarında güclü yanğın olub
İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alan var
Göyçayda avtomobil və ev birlikdə yanıb
Rusiya BKİ-nin keçmiş xüsusi təyinatlısını qətlə yetirən erməni həbs edilib
Sumqayıt teatrı Cəfər Cabbarlının 120 illik yubileyində onun əsərini səhnələşdirir
Cəlilabadda 35 yaşlı kişi döyülüb
Ağsu sakini intihar edib
Buffon PSJ-ni tərk edib
Donald Trampın Angela Merkellə görüşünə jurnalistlər buraxılmayıb
Lənkəranda I Beynəlxalq Teatr Festivalı yekunlaşıb
Ermənistanın İctimai Xidmətlərin Nizama Salınması üzrə Komissiyası "Qazprom Ermənistan"ı cərimələyib
Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb - FOTO
Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Şəkidə yol qəzası zamanı 2 bacı xəsarət alıb
Özünü Qarabağ kanalına ataraq intihara cəhd edən 26 yaşlı qadın xilas edilib
Muxtar Babayev “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB