Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO

Tarix:23-11-2018, 00:22 Baxış Sayı:56 Kateqoriya:medeniyyet

Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTOSəməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Gürcüstana qastrol səfəri edib.

Düzbucaqtv.info nun Gürcüstan bürosu xəbər verir ki, qastrol səfəri çərçivəsində Azərbaycan teatrı A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında “Осенняя соната” (“Payız sonatası”) tamaşası ilə çıxış edib.

A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının direktoru Nikolay Sventitski tamaşanın nümayiş etdirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinə minnətdarlığını bildirib.

O deyib ki, noyabrın 29-da rəhbərlik etdiyi teatr Azərbaycana qastrol səfəri edəcək. Teatr Bakıda “Vətən xainlərinin xanımlarının Akmolinsk düşərgəsi” adlı (“А.Л.Ж.И.Р. - Акмолинский лагерь жен изменников Родины”) tamaşası ilə çıxış edəcək.

“Осенняя соната” tamaşası görkəmli isveçli teatr və kino rejissoru İnqmar Berqmanın pyesi əsasında səhnəyə qoyulub. Rejissoru İlqar Səfat olan səhnə əsərində rolları Azərbaycanın xalq artistləri Lyudmila Duxovnaya və Məbud Məhərrəmov, aktrisalar Rumiya Ağayeva və Tamilla Abutalıbova ifa ediblər.

Səhnə əsərinin əsas süjeti dünyaca məşhur pianoçu Şarlotta və qızı Yevanın arasında gərgin münasibətlər üzərində qurulub. Yeva uşaqlıq illərindən anasına qarşı saxladığı incikliklərini və anasının hər bir hərəkətinin ona əzab verdiyini dilə gətirir. O, özünün və bacısının həyatda üzləşdiyi bütün bədbəxtliklərində anasını günahkar hesab edir. Şarlotta qızının bütün ittihamlarını dinləyir və eqoist olduğunu etiraf edərək ondan bağışlanmasını xahiş edir.

Tamaşa münasibətlərin aydınalşdırılmasından sonra ana və qızlarının bir-birilərini bağışlayaraq qucaqlaması ilə başa çatır.

Tamaşaçılar arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfrilik nümayəndələri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr də olub.

İzləyicilər səhnə əsərini böyük maraq və alqışlarla qarşılayıb.

Bundan əvvəl Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Qırğız Respublikasında keçirilən beynəlxalq teatr festivalında çıxış edib.Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB