Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb

Tarix:23-11-2018, 00:20 Baxış Sayı:53 Kateqoriya:hadise

https://report.az/getImage/ea3304cfb6119da4070435358240f15d/22d1a22c-2146-4b1b-b210-655798de1411/Mingəçevir şəhərində yeni doğulan körpə reanimasiya şöbəsində keçinib.

Düzbucaqtv.info nun Şirvan bürosu xəbər verir ki, hadisə bu gün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında baş verib.

2000-ci il təvəllüdlü Yevlax rayon Yenicə kənd sakini Farxatova Ramilə Habil qızının bir gün öncə xəstəxananın Doğum şöbəsində dünyaya gətirdiyi oğlan uşağı yerləşdirildiyi Uşaq reanimasiya şöbəsində dünyasını dəyişib.

Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin mamaça ginekoloqu Zeynəb Quliyeva “Report”un Şirvan bürosuna açıqlamasında məsələyə aydınlıq gətirib:

“Bu, gənc ana Ramilə Farxatovanın heç də birinci hamiləliyi deyil. O, bundan öncə iki dəfə yarımçıq hamiləlik yaşayıb. Bir şeyi də araşdırmışıq ki, qadın 15 yaşında erkən nikahla xalası oğlu ilə ailə həyatı qurub. Ehtimal edilir ki, bu amillər də iki yarımçıq hamiləliyə və bu gün artıq çoxsaylı daxili problemləri ilə dünyaya gəlmiş körpənin ölümünə səbəb ola bilər".

Z.Quliyeva məlumat üçün bildirib ki, hamiləlik dövrünü yaşadığı rayonda keçirən ana 9 ay ərzində Mingəçevirdə hər hansı tibbi yoxlamadan və nəzarətdən keçməyib:

"Amma doğuşöncəsi uşaqda problemlərin mövcud olduğunu ilkin müayinələr əsasında müəyyən etmişdik. Açığı doğuş bir qədər uzun çəkdi. Doğulan an tənəffüs problemlərinin yaranmasını ilk öncə körpənin doğumu ilə bağlı olduğunu zənn etdik. Hərtərəfli yoxlamalarımız nəticəsində isə körpənin ağır ağ ciyər problemləri olduğuna əmin olduq. Eləcə də, başında da maye yığıntısının və qanında leykositlərin normadan artıq olduğu analizlər nəticəsində aşkar edildi. Buna müvafiq olaraq, körpəni süni tənəffüs cihazına qoşmaqla müvafiq addımlar atdıq. Təəssüf ki, səylərimiz bir nəticə vermədi. Yeni doğulan oğlan uşağı reanimasiya şöbəsində keçindi. Bu gün fərqli düşünənlər ola bilər, amma tam məsuliyyətlə deyirəm ki, körpənin ölümündə tibb heyətinin heç bir günahı yoxdur”.

Qeyd edək ki, ölən körpənin meyiti şəhər morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB