Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB

Tarix:22-08-2018, 16:10 Baxış Sayı:83 Kateqoriya:hadise, sehiyye

https://report.az/storage/news/f9c2da7a840f53f099e03aeba97534e5/0de69aa7-bfee-4f93-a190-53eee737c8da.jpgMingəçevir. 22 avqust. DUZBUCAQTV.INFO/ Mingəçevirdə azyaşlının ölümü ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinin ilkin rəyi məlum olub.

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov “Report”un Şirvan bürosuna bildirib ki, Ayaz Həsənəliyevin əməliyyat zamanı ölümünə səbəb ola biləcək səbəblər araşdırılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən ilkin rəy formalaşıb: “Körpənin orqanizmində ağciyər problemlərinin mövcudluğu aşkarlanıb. Problemin virus mənşəli, xroniki, yaxud başqa səbəblərlə əlaqəli olması ilə bağlı məsələyə analizlərin növbəti mərhələsində aydınlıq gətiriləcək. Biz bu məqsədlə nümunələri daha dərin analizlərin əldə edilməsi üçün paytaxta göndərəcəyik”.

Həkim qeyd edib ki, Ayaz Həsənəliyev yırtığın (qrija) aradan qaldırılması diaqnozu ilə əməliyyata alınıb: “Bir xəstəxana körpəni ağır durumda əməliyyat etməkdən imtina edib. Körpənin valideynləri ümidlə Mingəçevirə üz tutublar. Elə bir vəziyyətdə biz də müalicədən imtina etsək, peşə etikasına uyğun olmazdı. Məhz bu amilləri nəzərə alaraq əməkdaşlarımız çarəsiz durumda belə körpəni əməliyyat edərək xilas etməyə çalışıb. Təəssüf ki, onun orqanizmində qeyd etdiyim kimi digər fəsadlar üzə çıxıb ki, bu da əməliyyatın gedişinə təsir edib”.

Qeyd edək ki, 2 yaşlı Ayaz Vüsal oğlu Həsənəliyev ailənin 3-cü övladıdır. Onun atası Vüsal Həsənəliyev hazırda həqiqi hərbi xidmətdədir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.Mingəçevir. 22 avqust.DUZBUCAQTV.INFO/ Mingəçevir şəhərində 2 yaşlı körpə əməliyyat zamanı ölüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü, Yevlax rayon sakini Ayaz Vüsal oğlu Həsənəliyev ağır vəziyyətdə əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.

Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.

Uşağın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinə təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB