Buzovnada qadını öldürən şəxs saxlanılıb

Tarix:13-08-2018, 16:26 Baxış Sayı:75 Kateqoriya:hadise

https://report.az/storage/news/b21ae5b10697b41d57ec21a5f3a29a99/8a7294ae-1893-4138-acfb-6a4349e8c105.jpgBakı. 13 avqust. DUZBUCAQTV.INFO/ Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

Görülən tədbirlərlə Z.Şiriyeva da saxlanılıb, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB