Azərbaycanda Qurban bayramı qeyd olunur

Tarix:22-08-2018, 16:00 Baxış Sayı:87 Kateqoriya:gundem

https://report.az/storage/news/b324a5327383c09a37131a911d35f158/3ca5fed5-aafb-4575-aa61-264c8713bb51.jpgBakı. 22 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

"DUZBUCAQTV.INFO" xəbər verir ki, bayram qəməri təqvimlə Zül-hiccə ayının 10-dur və Azərbaycan üfüqünə uyğun olaraq miladi təqvimlə avqustun 22-nə təsadüf edir.

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar isə dünəndən Minada qurban kəsiblər.

Azərbaycanda bu gün və sabah qurban kəsmək olar.

Qurban bayramı ilə əlaqədar avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasından bildirilib ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - “Eydül-Əzha” - Həzrət İbrahim peyğəmbər əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı günü müsəlman ümmətinin böyük sevinc və fərəh məqamıdır.

Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.

Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB