15 il yatdı, çıxdı, kitab yazdı - “Mən Quliyəm”

Tarix:13-11-2017, 18:47 Baxış Sayı:113 Kateqoriya:gundem

http://cdn.musavat.com/news/thumbnails/67895c553f49aa4973f1d510d9f46e31.jpg“Beş saniyədən sonra başına beş tapançanın soyuq lüləsinin tuşlanacağından xəbərsiz olan gənc geniş prospektdə yolun sağında saxladığı avtomobilinin sükanı arxasındaydı. Aprel ayı idi, gündüz vaxtıydı, yolun işlək hissəsində maşınlar şütüyür, səki ilə ara-sıra insanlar gəlib-gedirdi. Hər hansı bir təhlükə və ya təhlükə işartısı yox idi. Heç kəs beş saniyədən sonra burada detektiv filmlərinin səhnəsini xatırladan bir durumun yaranacağını düşünməzdi”.

İngilis yazıçısı Frederik Forsaytın “Allahın yumruğu” adlı kitabının girişinə bənzəyən bu cümlələr “Mən Quliyəm” kitabından iqtibas edilib.
Kitabı başqa bir həmkarımla birlikdə mən redaktə etmişəm.

Müəllifi heç kəsin tanımadığı bir adamdır – Munis Yusifoğlu. Bu, onun ədəbi təxəllüsüdür, öz adı... Adının çəkilməsini istəmir. O, uzun illər məhbəsdə yatıb. Özü demişkən, “Narxoz”da oxuyurmuş, əlindən xəta çıxıb, atıblar içəri, azadlığa çıxandan sonra bir dəfə “söhbət xırdaladığı” yerdə ilişib, yenə salıblar barmaqlıqların arxasına. O da “oxuyan uşaqlar”dan olduğu üçün içəridə sarılıb kitablara, qəzetlərə, oxuduqca oxuyub, əhd eləyib ki, məhbəsdən çıxandan, əli bir az düzələndən sonra özü də kitab yazsın.

Bəs nəyə görə kitabı mənə redaktə etdirmək istəyib? Heç demə, adam qəzetimizin daimi, mənim isə hər iki imzamın sadiq oxucusu imiş. Biz görüşəndə elə hey soruşurdu ki, səni tanıdım, bəs Samir Sarı kimdir. Dedim, xeyli təəccübləndi, amma bəziləri kimi “ürəyimə dammışdı” demədi.

Üst-üstə 50-dən artıq kitab redaktə eləmiş yazı-pozu adamı kimi oxucumun oxucusu oldum, onun kitabını redaktə etməyə başladım. Baxdım ki, bay, kitab çox aktual mövzudadır, Lotu Qulidən bəhs edir.

Qulinin məhbəsdən buraxılmasının üstündən bir həftə keçməmiş sabiq məhkum artıq onun barəsində, eləcə də başına tikanlı məftillər çəkilmiş hündür hasarların o üzündəki dünya haqqında bilgilərini kitab halına gətirib.

O, Qulinin türmə yoldaşı olub, erkən gəncliklərindən tanışlıqları başlayıb, hələ də davam edir. Qardaşın bu kitabı yazmaqda əsas istəyi odur ki, xalq onun “xlebnik”i haqqında həqiqəti bilsin, Quli barədə qara piar materiallarına, cürbəcür şayiələrə inanmasın.

Kitabda Quli barədə heç kəsin bilmədiyi bilgilərlə, informasiyalarla yanaşı, xeyli maraqlı nüanslar da var. Oxudum, mənə ləzzət elədi.
Məsələn, çoxunuz bilmirsiniz ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov türmədə necə yatıb, necə ad qoyub, “qad”lara niyə “qrev” göndərib.

Bəs Sabirabadlı Hikməti əslində kimin öldürtdüyünü bilirsinizmi? Mən də bilmirdim. Bircə onu bilirdim ki, Hikmətin qətlini Qulinin ayağına yazırlar. Amma Munis təxəllüslü müəllif masanın üstündəki “Qrilyaj” şokoladının bərəkətinə and içdi ki, onun ölümündə Qulinin əli olmayıb. O, sonra dedi ki, kitabda o adamın adını çəkib, diqqətli oxucu o saat biləcək ki, söhbət kimdən gedir, amma adam çox imkanlı və qüdrətlidir, soyadı da çəkilsə kitabı yığdırar, Munisi də vurdurar.Bundan başqa, “Mən Quliyəm” kitabını oxuyanda biləcəksiniz ki, 1995-ci ildə Lənkəranın İH başçısı Dilrüba Camalovanın həkim oğlunu kimlər oğurlayıbmış, ondan ötrü kimi Bayıl həbsxanasından çıxarıblar, aparıb “Xanbulan” istirahət mərkəzində yerləşdiriblər, o da yeyib-içərək kef edə-edə, istirahət mərkəzində içdikləri araq şüşələrini hədəf kimi düzüb tapança ilə “sərrastlıq yarışı” keçirə-keçirə adamı necə xilas edib. Bu, çox maraqlı məqamdır. Oxuyanda fikirləşdim ki, bu hadisənin kinosunu da çəkmək olar – ta serial kimi yox ha, cəmi bir seriya. Adı da “100 min dollarlıq girov” (Ya da başqa bir şey, indi 100 min dollar camaatın gözünə az görünə bilər, amma 1995-də bir bardan milli valyuta edirdi).

Kitabda Rövşən Lənkəranski ilə Qulinin, Quli ilə Otari Bədəlovun, Otarla Mirseymurun münasibətlərinə dair də xeyli maraqlı söhbətlər var.
Bu kitab ona görə daha maraqlıdır ki, müəllif bunu bayırda yazmayıb, içəridə oturduğu vaxt beyninə yazıb, çıxdıqdan sonra kağıza köçürüb.
Bəs bu kitabı “oğru aləminin təbliğatı” hesab etmək olarmı? Qətiyyən. Kitabı oxuyandan sonra o fikrə gəlirsən ki, biz, azad həyatda yaşayanlar nə qədər şanslıymışıq – kasıb olsaq da.

P.S. Mənim yazılarımı, redaktəmi bəyənən Munis deyir ki, sən üçcə il türmədə yatsan, çıxandan sonra Mario Pyuzodan ("Xaç atası"nın yazarı) da yaxşı əsərlər yaradarsan. Təvazökarlıqdan Qobustan “krıtı”sı qədər uzaq olsa da, özüm də o fikirdəyəm, sadəcə, türmədə yatmağa həvəsim yoxdur.

P.P.S. Kitabı "Qaya" mətbuat yayımı firmasından ( 565 67 13; 564 48 96) sifariş etmək olar.

SON XƏBƏRLƏR
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”
Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib - FOTO
Mingəçevirdə bir gün öncə doğulan körpə xəstəxanada ölüb
Bərdədə bıçaqlanma hadisəsi baş verib
Bərdədə piyadanı maşın vurub, sürücü qaçıb - FOTO
Azərbaycanlı model bakirəliyini yüz minə satışa çıxardı – VİDEO - FOTO
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb
Mingəçevirdə körpə əməliyyat zamanı ölüb - YENİLƏNİB
Azərbaycanda Qurban bayramı qeyd olunur
Yol Polisində təmizləmə – BİZNESMEN BALAKİŞİ ƏHMƏDOV YOLA SALINIR
Bərdə rayonunda DTX emeliyyat kecirib vidyo
Bərdədə 78 yaşlı qadın intihar edib
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb
“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
Sabaha olan hava proqnozu açıqlanıb
Buzovnada qadını öldürən şəxs saxlanılıb
"Unibank" İT İnnovasiyalar Mərkəzi yaradır - MÜSAHİBƏ
İlahiyyat İnstitutuna keçid balı aşağı endirilib
Tovuzda gənc oğlan atasına şüşə parçası ilə xəsarət yetirib
İran Asiyadakı müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir
Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb
"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Müğənni Fədayə Laçın məhkəmədə ifadə verib: "Qoca" ilə 32 dəfə telefonla danışdım"
Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Ruslar gözellik yarışmasını yıxdı keçdi
Azərbaycanda narkomaniya xəstələrinin müalicəsi üçün yeni tibb müəssisəsi yaradılacaq
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB